31 Oktyabr

Valyuta mübadilə məntəqəsini açmaq üçün nə etmək lazımdır ?

Hər hansı şəxs valyuta mübadiləsi məntəqəsi açmaq üçün hansı prosedur qaydalara əməl etməlidir. Ölkəmizdə valyuta mübadiləsinə maraq mübadilə məntəqədlərinə tələbi artıb. Hər bir valyuta mübadiləsi mənttəqəsi açmaq istəyən şəxs Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 2018-ci ilin yanvar ayında təstiq edilən “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”na əsasən öz fəaliyyətini qurmalıdır.

Fins.az xəbər verir ki, qaydalara görə, valyuta mübadiləsi məntəqəsi köşk formasında, ayrıca binada və ya binanın küçəyə çıxışı olan hissəsində təşkil edilməlidir. Bundan başqa, binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız mehmanxanalarda, vağzallarda, limanlarda açıla bilər

Həmçinin, valyuta mübadiləsi məntəqəsi nəzərdə tutulan əməliyyatların aparılması üçün ən azı 6 (altı) kvadrat metr sahəyə malik olmalıdır. Valyuta mübadiləsi məntəqəsinin konstruksiyası xəzinədarın təhlükəsizliyini və qiymətlilərin mühafizəsini təmin etməlidir. Valyuta mübadiləsi məntəqəsinin ön divarından vizual müşahidə təmin olmalı, müşahidə pəncərəsi antivandal şüşə ilə əhatə edilməlidir.

Məntəqə hesablama, pulsayan, pulların həqiqiliyini yoxlayan avadanlıqlarla və odadavamlı seyflə təmin edilməlidir.

Qaydaya əsasən, valyuta mübadiləsi məntəqəsində valyuta mübadiləsi fəaliyyətindən başqa digər xidmətlər həyata keçirilə bilməz.

Valyuta mübadiləsi məntəqəsində əməliyyat günü başa çatdıqdan sonra kassa qalığının saxlanılmasına valyuta mübadiləsi məntəqəsinin bütün qeyri-iş saatlarında Daxili İşlər Nazirliyinin mühafizə xidməti və ya qanunla özəl mühafizə fəaliyyətinə lisenziya almış şəxslə silahlı mühafizənin təmin edilməsinə dair bağlanmış müqavilənin olması şərtilə icazə verilir.

Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dolları ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılacaq. Əməliyyat günü ərzində xarici valyuta və ya milli valyuta vəsaitləri qurtardığı hallar istisna olmaqla, valyuta mübadiləsi məntəqəsində yalnız alış və ya yalnız satış əməliyyatlarının aparılmasına yol verilmir.

Valyuta mübadiləsi məntəqəsində hər bir əməliyyat onun həyata keçirildiyi anda bu qaydada müəyyən edilən formada uçota alınmalıdır. Uçota alınmış məlumatlar ən azı üç il müddətinə valyuta mübadiləsi məntəqəsinin müvafiq proqram təminatında saxlanılmalıdır. Valyuta mübadiləsi əməliyyatları aparıldıqda müştəriyə həmin əməliyyatlar üzrə ciddi hesabat blankı hesab olunan valyuta mübadiləsi qəbzi verilməlidir.

Bundan başqa Valyuta mübadiləsi məntəqəsi bankda 50 min manat və 50 min dollar məbləğində depozit saxlamalıdır bu fəaliyyət növü bir qayda kiçik bizne hesab olunur. Bu vəsaitin depozit kimi bankda saxlanılması çox vaxtt bu sahədə fəaliyyət göstərmək istəyən sahibkar üçün əlverişli olmasa da bu sahədə kənarlaşmaların və qanun pozuntusu hallarının qarşısını alır.

Hüquqşunas Roman Qaraşov bildirib ki, “İstənilən fiziki şəxs valyuta mübadiləsi məntəqəsi aça bilməz. Bu artıq əvvəlki kimi deyil artıq hər hansı bir şəxs 2-3 kv.m yer götürsün, kassa qoysun və müəyyən məbləğlə valyuta mübadiləsi fəaliyyəti həyata keçirsin. Hazırda bu sahədə mövcud olan qaydalara əsasən valyuta mübadiləsi məntəqəsi açmaq və işlətmək müəyyən məcburi prosedurların həyata keçirilməsini tələb edir. Belə ki, hazırda ölkəmizdə valyuta mübadiləsini poçtlar, xarici və yerli banklar,bank filialları və bankların tərkibində fəaliyyət göstərən mübadilə məntəqələri həyat keçirir. Münadilə məntəqəsi banklar tərəfindən verilən lisenziya əsasında valyuta mübadiləsi məntəqəsi fəaliyyətini həyata keçirə bilər. Valyuta mübadiləsi məntəqəsi Azərbaycanda mövcud bankların yalnız valyuta dəyişməsini həyata keçirmək hüququ verilmiş filialı kimi fəaliyyət göstərir”

Qeyd edək ki, "Valyuta tənzimi haqqında" qanuna görə, bu fəaliyyət növü Azərbaycanda xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsini nəzərdə tutur və lisenziyalaşdırılan fəaliyyət növüdür. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alqı-satqısı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirilir.

Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət edir. Ərizə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilir və həmin gün qeydiyyata alınır. Maliyyə bazarlarına nəzarət orqanı ən geci 3 iş günü müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməli və ya bu barədə məlumatı sifarişli poçt göndərişi vasitəsilə ona göndərməlidir.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan dövlət rüsumunun məbləği "Dövlət rüsumu haqqında" qanun ilə müəyyən edilir.

Müəllif:Aynur Qəniyeva