31 Oktyabr

Azərbaycan Sənaye Bankında kadr dəyişikliyi

Azərbaycan Sənaye Bankının Marketinq direktoru Rafiq Şahverdiyev işindən ayrılıb. Onun vəzifəsindən ötən gün ayrıldığı bildirilir. Fins.az-ın əldə etdiyi məlumata görə, Rafiq Şahverdiyev öz istəyi ilə vəzifəsindən ayrılıb. Onun yeni iş yerinin bank sektoru olmayacağı bildirilir. Qeyd edək ki, Rafiq Şahverdiyev Azərbaycan Banklar Assosiasiyasında(ABA) ekspert qurupunun üzvüdür.