Bu günlərdə Azərbaycanda yerləşən bankların kapital adekvatlılıq faizlərinin səviyyəsi aktuallaşıb. Kapital adekvatlılıq tələbi aşağı olan bankı riskli hesab edib etməməklə bağlı fins.az-ın sualına bank eksperti Anar Əliyev aydınlıq gətirib. O bildirib ki, "Belə bankları riskli bank adlandırmasaq da ,öz vəsaiti ilə nisbətdə daha çox vəsait cəlb etmiş və aktiv yerləşdirmiş bank hesab etmək daha məqsədə uyğundur. Misal üçün bir bank 50 manat kapitalı ilə 1000 manat depozit cəlb edir. Digəri isə 30 manatla 1000 manat depozit cəlb edir. Hansı bank daha riskli işləyir? Təbii ki az kapitalla çox vəsait cəlb etmiş bank. Vətəndaş qarşısında borcunu (depoziti) ödəmə prosesində daha çox kapitalı olan bank daha rahat və geniş manevr etmək şansı əldə edir"
Müəllif:Aynur Qəniyeva