31 Oktyabr

Azərbaycanda aktivləri artan BOKT-lar

Fins.az-ın məlumatına görə, 36 BOKT-dan 17-si ötən il aktivlərini artırıb. Bunlar "Kəpəz", "Effektinvest", "Finex Kredit", "Finoko", "International", "PSG Kapital", "Molbulak", "Avrasiya-Kredit", "Embafinans", "Merkuri", "Finans İnvest", "Kredex", "İcraçı Kredit Agentliyi", "Qafqaz Kredit", "Azinvestkredit", "İdeal Kredit" və "Kredaqro"dur. Ən yüksək dinamika "Kəpəz"də (5,3 dəfə), ən aşağı dinamika isə "Kredaqro"da (0,3%) qeydə alınıb.

Qalan 19 BOKT-un isə aktivləri azalıb. Ən çox azalma "TCF"də (84,3%), ən az azalma isə "Kredit Servis"də (0,1%) qeydə alınıb.

Müəllif:Aynur Qəniyeva

(c)reykinq