31 Oktyabr

AMB İNKİŞAF VƏ İNFLYASİYA PROQNOZLARINI AZALTDI

Beynəlxalq maliyyə bazarlarında Avropanın mərkəzi bankının iqtisadi proqnozlarının azalması investorların diqqət mərkəzindədir.

Avropa Mərkəzi Bankı (AMB) iqtisadi inkişafın və inflyasiyanın azalacağını proqnozlaşdırır. İnflyasiya ehtimalları daha çox azaldılıb, deyə Mario Draqi cümə axşamı mətbuat konfransında deyib.

Belə ki, AMB 2019-cu ildə istehlak qiymətlərinin 1.2, 2020-ci ildə isə 1.0% artmasını proqnozlaşdırır. Sonuncu dəfə bu göstəricilər müfaviq olaraq, 1.3 və 1.4% idi. 2021-ci il üzrə proqnoz isə 1.6%-dən 1.5%-ə salınıb. Bankın hədəfi isə 2.0%-dır.

Bununla yanaşı, iqtisadi inkişaf proqnozları cari il üzrə 1.2%-dən 1.1%, 2020-ci il üzrə 1.4%-dən 1.2%-ə salınıb və 2021-ci il üzrə isə 1.4%-də saxlanılıb.

Qeyd etmək lazımdır ki, Draqi zəifləməni dünyada ticarət münaqişlərinin və bununla əlaqədar proteksionizmin artması ilə əlaqələndirib.