31 Oktyabr

Gələn ildən Azərbaycanda məsafədən bank hesablarının açılması mümkün olacaq

Gələn ilin əvvəlindən etibarən Azərbaycanda “blockchain” texnologiyası üzərindən məsafədən bank hesablarının açılması mümkün olacaq.Fins.az-ın əldə etdiyi məlumata görə, layihənin fiziki şəxslər üzrə hissəsi artıq tamamlanmaq üzrədir.

Hüquqi şəxslərə dair hissəsinin tamamlanmasından sonra layihəyə start veriləcək ki, bunun da 2020-ci ilin əvvəlinə təsadüf edəcəyi gözlənilir. Layihə ilkin olaraq seçilmiş pilot banklar, Vergilər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə icra olunur.