31 Oktyabr

Azərbaycanda neçə bank mobil bankçılıq xidmətləri təqdim edir?- RƏSMİ AÇIQLAMA

Hazırda ölkədə fəaliyyət göstərən 27 bank internet bankçılıq, 23 bank isə mobil bankçılıq xidmətləri təqdim edir. Fins.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov deyib.

Qeyd olunub ki, avqustun 1-nə banklarda aparılmış cari hesablar üzərindən ödəniş əməliyyatlarının 34,3 faizi (27,3 milyard manat) elektron bankçılıq xidmətləri vasitəsilə həyata keçirilib.