31 Oktyabr

Azərbaycanda inflyasiya nə qədərdir ? -RƏSMİ

Azərbaycanda illik inflyasiya 2,6% olub. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətləri ötən ilin eyni dövrünə nisbətən 2,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 3,3%, qeyri-ərzaq malları 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 2,7% bahalaşıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, təkcə avqust ayında isə iyul ayı ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8% azalıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1% artıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.