2019-cu ilin iyul ayında "Azər-Türk Bank" ASC səhmdarlarına 300 min manat dividend ödəyib. Fins.az xəbər verir ki, bu barədə barədə Bankın hesabatında bildirilir.“Səhmdarların Ümumi Yığıncağının 13.06.2019-cu il tarixli iclasında 300 min manat dividendlərin ödənilməsilə bağlı qərar qəbul edilmişdir və dvidendlərin ödənilməsi iyul ayında icra edilmişdir”, - hesabatda deyilir.
"Azər-Türk Bank" 2019-cu ilin 1-ci yarısını 774 min manat xalis mənfəət ilə başa vurub. Bank 2017-ci ili 928 min manat, 2018-ci ili isə 2 milyon 114 min manat xalis mənfəət ilə bağlamışdır. Ötən ilin İyun ayında 928 min manat dividendlərin ödənilməsi barədə qərar qəbul edilmişdi və qərar həmin ilin Avqust ayında icra edilmişdi.
"Azər-Türk Bank"ın nizamnamə kapitalının 75%-i Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. Digər səhmdarlar “Ziraat Bank”, “AzRe Təkrarsığorta” və “Qala Həyat Sığorta” şirkətidir.