4250 ev təsərrüfatı arasında aparılmış monitorinqlər inflyasiya tempinin artması üzrə gözləntilərin 2019- cu ilin yanvar-iyun aylarında azaldığını və son illər üzrə minimum səviyyədə qaldığını göstərir. Fins.az xəbər verir ki, Mərkəzi Bank ın “Pul Siyasəti İcmalı”-ında bildirlir, aparılmış sorğular əsasında müəyyən edilmişdir ki, 2019-cu ilin iyun ayı üzrə respondentlərin yalnız 2.3%-i növbəti 12 ayda inflyasiyanın yüksələcəyini gözləyir. Rəyi soruşulanların 35.4%-i gələcək 12 ayda qiymətlərin eyni səviyyədə artacağını, 38.3%-i qiymətlərin daha az səviyyədə artacağını, 20.8%-i qiymətlərin təxminən eyni qalacağını və 3.3%-i isə qiymətlərin azalacağını gözləyir.
Müəllif:Aynur Qəniyeva