Bu il iyulun 1-nə “Kapital Bank” ASC-də aidiyyəti olan 836 fiziki və hüquqi şəxs olub.Fins.az bu barədə Bankın idarəetmə hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 62,65% çoxdur. Son 1 ildə “Kapital Bank”a aidiyyəti olan fiziki şəxslərin sayı 63,9% artaraq 785-ə, hüquqi şəxslərin sayı isə 45,7% artaraq 51-ə çatıb.
Banka aidiyyəti olan şəxslər dedikdə kredit təşkilatının inzibatçıları və onların yaxın qohumları, struktur bölmələrinin rəhbərləri və onların yaxın qohumları və s. şəxslər nəzərdə tutulur.
report