Azərbaycan Kredit Bürosu 2019- cu fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə problemli kreditləri həll olunmuş vətəndaşların kredit tarixçəsində Azərbaycan Kredit Bürosu tərəfindən həmin problemli kreditlə bağlı məlumat çıxarılılması yaxud həmin məlumat tarixçədə qalması ilə bağlı fins.az-ın sorğusuna cavab olaraq bildirib ki,“Kredit büroları haqqında” AR-nın Qanununun 6.1-ci maddəsinə əsasən kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatların toplanması, saxlanması, təhlil edilməsi və kredit hesabatlarının verilməsi ilə bağlı fəaliyyəti həyata keçirir. Qanunun 10.1-ci maddəsinə əsasən kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. Qanunun müvafiq maddələrinə uyğun olaraq müvafiq məlumatlar kredit tarixçələrində qalmalıdır.
Müəllif:Aynur Qəniyeva