31 Oktyabr

Pul vəsaitlərinin sosial şəbəkələr vasitəsilə oğurlanması halları artıb

Rusiya Mərkəzi Bankı ölkə vətəndaşlarının pul vəsaitlərinin sosial şəbəkələr vasitəsilə oğurlanması hallarının artdığını bildirib.

Bunu Rusiya Mərkəzi Bankının informasiya təhlükəsizliyi departamentinin rəis müavini Artyom Sıçyov deyib.

O qeyd edib ki, pul vəsaitləri kiberfırıldaqçılar tərəfindən sosial şəbəkə hesablarının ələ keçirilməsi yolu ilə oğurlanır. Fırıldaqçılar sosial şəbəkə hesablarını ələ keçirərək, onların sahibləri adından yardım istəyirlər. Bu zaman hətta sosial şəbəkə sahiblərinin səslərini yamsılayırlar.

Bankın məlumatına görə, bu cür cinayətlərin 97 faizi sosial mühəndislik, başqa sözlə, sosial şəbəkə istifadəçilərinin etimadını qazanaraq, onların bank hesabları haqqında məlumat alınması yolu ilə törədilir.