Azərbaycan Beynəlxalq Bankının əsas binasında Azərbaycan Banklar Asosiyasiyasının üzv banklarının risk məsələlərinə cavabdeh İdarə Heyyəti üzvlərinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Nəzarətin Metodoloqiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılovun iştirakı ilə iclas keçirilmişdir.
Fins.az xəbər verir ki,iclasda “Bank kapitalının və onun adekvatlığının hesablanması” Qaydaları layihəsi ilə bağlı ABA tərəfindən MBNP-yə təqdim olunan təkliflər müzakirə olunmuşdur. Müzakirələr əsasən Qaydalara edilən 16 əsas dəyişikliklərlə əlaqədar təkliflər üzərində aparılmışdır.
Görüşün sonunda bu istiqamətdə müzakirələrin davam etdirilməsi qərara alınmışdır.
[#gallery#]