Fins.az xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə Azərbaycan əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 1.103.341,8 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 109.071,2 min dollar və ya 9 faiz azdır. Kommersiya bankları tərəfindən iyulda əhalidən alınan nağd dolların məbləği 165.506,0 min dollar təşkil edib. Bu göstərici son bir ayda 23.663,4 min dollar və ya 16,7 faiz artıb, son bir ildə isə 9.835,6 min dollar və ya 5,6 faiz azalıb.
Beləliklə, cari ilin yanvar-iyul aylarında Azərbaycanda əhali tərəfindən nağd dolların alışı satışı 261.037,5 min dollar, iyulda isə 73.464,5 min dollar üstələyib.
Müəllif:Aynur Qəniyeva