Bu ilin ilk yeddi ayında Azərbaycanda banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 1.364.379,3 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 243.526,2 min dollar və ya 15,1 faiz azdır. Fins.az xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, buna baxmayaraq, cari ilin iyul ayında ölkə əhalisi tərəfindən 238.970,5 min dollar alınıb. Bu isə iyun ayına nisbətən 59.537,5 min dollar və ya 33,2 faiz, ötən ilin iyul ayına nisbətən isə 49.663,9 min dollar və ya 26,2 faiz çoxdur. Qeyd edək ki, iyul ayında əhali tərəfindən nağd dollar alışının artımı əsasən insanların bu mövsümdə xarici ölkələrə daha çox səfər etməsi ilə əlaqədardır.
Müəllif:Aynur Qəniyeva