31 Oktyabr

Azərbaycan bank sektorunun balans kapitalı AZALIB

31 iyul 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30,090.0 mln. manat, cəmi öhdəlikləri isə 25,507.0 mln. manat təşkil edib. Fins.az xəbər verir ki, sektorun balans kapitalı 0.4% (16.7 mln. manat) azalaraq 4,583.0 mln. manat olub.

Qeyd edək ki, iyul ayında bankların əməliyyat mənfəəti 13.9% (57.7 mln. manat) artaraq 472.4 mln. manat, xalis mənfəəti isə 406.2 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.7%, kreditlər üzrə faiz gəlirləri isə 14.2% artıb.