31 Oktyabr

Banklar Assosiasiyası və Palata rəsmiləri rəqəmsallaşma ilə bağlı bir araya gələcək

Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının daha da artırılması istiqamətində tədbirlər davam edir.

Fins.az xəbər verir ki, 9 sentyabr 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası birgə təşkilatçılığı, “KPMG” beynəlxalq təşkilatının dəstəyi ilə “Rəqəmsallaşma və innovativ həllər” mövzusunda tədbir keçiriləcək .

Qeyd edək ki, bank sistemi və sığorta sektoruna yönəlmiş bu tədbirdə “KPMG” beynəlxalq təşkilatının yerli və xarici ekspertləri tərəfindən bank sistemində rəqəmsallaşma, informasiya texnologiyaları sahəsində hüquqinormativ tənzimləmələr, habelə rəqəmsal əmək üzrə informasiya texnologiyalarının idarəedilməsi mövzusunda təqdimatlar keçirilərək qarşılıqlı fikir mübadiləsi aparılacaq.