2019-cu il iyulun 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30,090 milyon manat, cəmi öhdəlikləri isə 25,507 milyon manat təşkil edib.Ay ərzində milli valyutada kreditlər 210,1 milyon manat- 2,5 % artaraq 8.650,7 milyon manata çatıb. Bank sektorunun balans kapitalı 4.583 milyon manat olub.
Fins.az xəbər verir ki.Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, iyul ayına sektorun aktivlərinin 44,3 faizini kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 1,5 faiz (196,2 milyon manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13.342,3 milyon manat təşkil edib.
Müəllif:Aynur Qəniyeva