31 Oktyabr

Azərbaycan bankları müştəri məlumatlarını hansı sistemlə qoruyur ?

Azərbaycanda fəaliyyət göstərən banklar iki təhlükəsizlik siztemindən istifadə edir. Fins.az xəbər verir ki, bu barədə bank eksperti Ələkbər Eyvazlı Azərbaycan bankları müştəri məlumatlarının qorunması üçün istifadə etdiyi təhlükəsizlik sistemləri ilə bağlı məlumat verərək bildirib ki, Ölkəmizdə banklar əsas iki təhlükəsizlik sistemi ilə işləyirlər:

İDS/İPS (intrusion dedection/prevention systems) – banka qarşı edilən müdaxilələrin aşkarlanması və qarşısının alınması üçün sistem

SIEM sistemi – bütün hərəkət qeydlərini (loqları) bir mərkəzdə toplayaraq müəyyən edilən qaydalar əsasında analiz edilməsi və tədbirlərin görülməsi üçün.

Müəllif: Aynur Qəniyeva