31 Oktyabr

Mərkəzi Bank yeni faiz qərarını nə vaxt AÇIQLAYACAQ

Fins.az xəbər verir ki, ökə daxilində, Azərbaycan Mərkəzi Bankı 13 Sentyabrda faiz qərarını ictimaiyyətə açıqlayacaq.

İyulda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.50%-dən 8.25%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 10.25%, aşağı həddi isə 6.25% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir. Azərbaycan Mərkəzi Bankı 2019-cu ildə 5 dəfə faiz endirib.

2017-ci ildə Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin Fevral ayında uçot dərəcəsi 13%-ə, Aprel ayında 11%-ə, İyul ayında 10%-ə, Oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında 8,5%-ə, İyul ayında isə 8,25%-ə endirilib.