31 Oktyabr

Azərbaycan bankları nə qədər gəlir əldə edib ? - PALATA AÇIQLAYIR

Azərbaycanda fəaliyyət göstərən banklar 2019-cu ilin yanvar-iyul ayları ərzində 406,2 milyon manat xalis mənfəət əldə edib.

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik göstəricilərdə məlumat verilir.Məlumatda bildirilir ki, 2019-cu ilin 7 ayı ərzində aylarında bankların əməliyyat gəlirləri 1 497,8 milyon manat olub.Bu isə ötən ilin eyni dövrü ilə müqaisədə 16,6% çoxdur.Bankların əməliyyat xərcləri 958 milyon manat təşkil edib.

Müəllif:Aynur Qəniyeva