31 Oktyabr

Bankların Mərkəzi Banka nə qədər borcu var ? - PALATA AÇIQLAYIR

2019-cu ilin 7 ayı ərzində kommersiya bankları Mərkəzi Banka olan borclarını 224 milyon manat, İyul ayında isə 47 milyon manat azaldıblar. Cəmi borc 31 İyul 2019-cu il tarixində 160,7 milyon manat olub

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı aylıq statistik göstəricilərdə məlumat verilir.Məlumatda bildirilir ki, Mərkəzi Bankın banklara qarşı tələbləri 31 Dekabr 2018-ci il tarixində 384.7 milyon manat, 30 İyun 2019-cu il tarixində isə 207.7 milyon manat təşkil edirdi.

2018-ci ilin İyul ayının sonu ilə müqayisədə Mərkəzi Bankın banklara qarşı tələbləri 258,9 milyon manat azalıb.

Qeyd edək ki banklar tərəfindən müştərilərə verilən kreditlərin 13 milyard 342 milyon manat olub.Bu göstəricini nəzərə alaraq bankların cəlb etdiyi resurslarda Mərkəzi Bankın vəsaitlərinin payının çox aşağı olduğu müşahidə olunur.