31 Oktyabr

Azərbaycan banklarının nə qədər manatla depoziti var ? - Məbləğ

Azərbaycanda fəaliyyət göstərən bankların manatla olan depozitləri iyulun 1-i ilə müqayisədə 1,5% artaraq bu il avqustun 1-nə 7 milyard 555,4 milyon manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 7,6%, son 1 ildə isə 27% çoxdur. Fins.az xəbər verir ki, bu barədə mərkəzi bank məlumat yayımlayıb. Məlumatda bildilrilir ki, xarici valyutada olan depozitləri isə bir ay ərzində 0,1% artaraq bu il avqustun 1-nə 9 milyard 455,7 milyon manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 0,6%, son 1 ildə isə 0,9% çoxdur.

Müəllif:Aynur Qəniyeva