Azərbaycan banklarının xarici öhdəlikləri bu il avqustun 1-nə 1 milyard 471,2 milyon manat təşkil edib. Fins.az . xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının yayımladığı statistikaya görə, bu, 2019-cu ilin iyulun ayı ilə müqayisədə 29,4 milyon manat və yaxud 1,96% azdır.Məlumatda həmçinin bildirilir ki, göstərilən müddət ərzində bankların xarici öhdəlikləri ilin əvvəlinə nisbətən 356,9 milyon manat və yaxud 19,5%, son 1 ildə isə 413,1 milyon manat və yaxud 21,9% azalıb.
Müəllif:Aynur Qəniyeva