Fins.az Azərbaycan banklarının səhmlərinin qiyməti barədə məlumat verir. “Bakı Fond Birjası”-nın məlumatında, Azərbaycanda fəaliyyət görən banklardan “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı”-nın səhmlərinin qiyməti əks olunub. Bildirilir ki, “Kapital Bank”-ın 04.01.2019 tarixində həyata keçirilmiş səhm satışı zamanı bir səhminin qiyməti 12,39 manat olduğu göstərilib.
“Azərbaycan Beynəlxalq Bankı”-ın isə 23.08.2019 həyata keçirilən səhm satışı zamanı bir səhminin qiymətinin 0,27 manat olduğu bildirilir.
Müəllif:Aynur Qəniyeva