31 Oktyabr

Elman Sadıqov : "Nağdsız ödənişlərin genişlənməsi köklü dəyişikliklərə səbəb olacaq"

Azərbaycanda bank sistemində rəqəmsallaşma, “Məsafədən Bank hesablarının açılması” qaydalarının tətbiqi bankların fəaliyyətində ediləcək köklü dəyişikliklər barədə açıqlama verərək bildirib ki " Rəqəmsallaşma daha geniş və əhatəli məsələdir. “Məsafədən Bank hesablarının açılması” qaydalarının tətbiqi isə rəqəmsallaşma istiqamətində atılmış və atılmalı olan çoxsaylı addımlardan biridir. Rəqəmsallaşma daha da geniş tətbiq olunmalı, əhatə dairəsi artmalı, xüsusilə nağdsız ödənişlərin stimullaşdırılması prioritet istiqamətlərdən biri olaraq qalmalıdır. “Məsafədən Bank hesablarının açılması” qaydalarının tətbiqinə gəlincə isə, təqdirəlayiq olsa da, burada meydana çıxa biləcək bir çox risklərin idarə olunması məsələlərinə önəm vermək lazımdır. Xüsusilə, informasiya texnologiyaları ilə bağlı investisiya həcmləri artırılmalı, kadrların peşəkar səviyyələri daha da yüksəlməlidir. Bu dəyişikliklər reallaşdıqca meydana çıxacaq risklərin də idarə olunması həyata keçiriləcəkdir. Xüsusilə, rəqəmsallaşma, o cümlədən nağdsız ödənişlərin genişlənməsi əlbəttə köklü dəyişikliklərə səbəb olacaq"

Müəllif:Aynur Qəniyeva