31 Oktyabr

Palatanın keçirdiyi tenderin qalibi AÇIQLANIB

Fins.az-ın məlumatına görə, “Ata Texnologiya” MMC Maliyyə Bazarlarına Nəzarət Palatasının keçirdiyi daha bir tenderin qalibi olub. “Ata Texnologiya” şirkəti Palatada “şəbəkə infrastrukturunun və server otağının yenilənməsi" işini həyata keçirəcəkdir.

"Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 17. 07. 2019 -cu il tarixdə keçirilmiş “Palatanın şəbəkə infrastrukturunun və server otağının yenilənməsi” işinin satın alınması üzrə Açıq tender üsulu ilə satınalma müsabiqəsində “Ata Texnologiya” MMC ƏDV daxil olmaqla 731.399,12 (yeddi yüz otuz bir min üç yüz doxsan doqquz manat 12 qəpik) manat məbləği ilə qalib elan olunmuş və qalib gəlmiş təşkilatla 26 avqust 2019 -cu il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır",- Palatanın Bildirişində deyilir.

“Ata Texnologiya” Palatanın tenderinin qalibi olaraq, lisenziyaların verilməsi, valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların reyestrinin və valyuta mübadilə əməliyyatları üzrə uçotun aparılması üçün proqram təminatını da yaradır. Palata bu bəqsədlə “Ata Texnologiya”ya təxminən 605 min manat ödəyib.