31 Oktyabr

"AFB Bank"dan "Bank of Baku"ya transfer olub

"Bank of Baku" ASC-də yeni təyinat olub. Vitaliy Biryuçkov Bankın tərəfdaşlarla iş bölməsinə rəhbər təyin edilib.O, bu barədə "Facebook" sosial şəbəkəsindəki profilində məlumat verib. Xatırladaq ki, V.Biryuçkov bundan əvvəl "AFB Bank" ASC-nin Biznesin inkişafı departamentinin marketinq bölməsinə rəhbərlik edib.

Onu da qeyd edək ki, "Bank of Baku"nun səhmlərinin 31,11%-nə nəzarət edən Hikmət İsmayılov həm də "AFB Bank"ın 99,64%-lik səhmdarıdır.

(c)Renkinq

[#gallery#]