31 Oktyabr

Eks FED rəsmisi: "FED Trampı ticarət müharibəsində ruhlandırmamalıdır"

Fins.az xəbər verir ki, Keçmiş Nyu-York FED sədri Bill Dadli, "Bloomberg" üçün qələmə aldığı məqaləsində, FED-in ABŞ Prezidenti Donald Trampın ticarət müharibəsini ruhlandırmaması (Prezidenti cəsarətləndirməməsi) lazım olduğunu qeyd edib. Dadli, Trampın Çin ilə ticarət müharibəsinin şirkətlər və istehlakçıların etibarını zədələdiyini və bunun da iqtisadi mənzərəni ağırlaşdırdığını qeyd edib.

Dadli fəlakətin FED-i ya faizləri azaldaraq və təşviqləri artıraraq zərəri azaltmaq və ya "topa girməmək" dilemması qarşısında qoyduğunu qeyd edib.

Dadli, FED-in ikinci variantı seçərək "topa girməməsi" (faiz endirməməsi və təşviqləri artırmaması) lazım olduğu xəbərdarlığını edib.

Dadli yazıb: "Geniş yayılmış inanca görə, əgər Trampın Çin ilə ticarət müharibəsi ABŞ-ın iqtisadi vəziyyətinə zərər verərsə, FED-in buna pul siyasətində dəyişikliyə gedərək, mövcud vəziyyətdə faiz endirərək reaksiya verməsi lazım olmalıdır. Bəs FED-in faiz endirməsi Trampı ticarət müharibəsini daha da genişləndirməyə cəsarətləndirərsə və buna bağlı olaraq durğunluq riski artarsa?" - sualına soruşub