“MasterCard” beynəlxalq ödəmə sistemi alman və belçikalı istifadəçilərin məlumatlarının internetdə yayılması ilə bağlı rəsmi məlumat yayıb. Fins.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.
Məlumata görə, insident avqustun 19-da baş verib. Xarici KİV yazır ki, bunun nəticəsində 90 minə yaxın insan zərər çəkib. Kompaniyadan bildirilib ki, baş verənlərlə bağlı lazımi addımlar atılıb və internetə sızan bütün şəxsi məlumatlar silinib