31 Oktyabr

Azərbaycanda "Elektron pul təşkilatı" yaradılacaq

Palata tərəfindən hazırlanan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsi hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırılır.Fin.az xəbər verir ki, Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilir. Məlumatda bildirilir ki,bu qanun layihəsi ödəniş ekosistemində yeni tənzimləmə və nəzarət çərçivəsini formalaşdırmaqla yanaşı, maliyyə inklüzivliyinin gücləndirilməsində mühüm rol oynayacaqdır. Qanun layihəsi maliyyə sistemində ödəniş təşkilatı və elektron pul təşkilatı kimi iqtisadi subyektlərin yaranmasını, maliyyə xidmətlərinin ödəniş agenti şəbəkəsi üzərindən daha əlçatan olmasını, habelə rəqəmsal ödənişlərin innovativ ödəniş alətləri və həlləri ilə həyata keçirilməsini təmin edəcəkdir. Eyni zamanda, maliyyə inklüzivliyinin gücləndirilməsi sahəsində prioritet hədəflərdən biri olan mikromaliyyə institutlarının ödəniş sistemlərinə inteqrasiyası üçün hüquqi baza formalaşdırılacaqdır.

Müəllif:Aynur Qəniyeva