31 Oktyabr

Banka yaxınlaşmadan məsafədən bank hesablarının açılması

Fins.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi “Məsafədən bank hesablarının açılması prosedurları”nın əsas prioritetləri barədə məlumatında bildilir ki, cari ilin 25 iyun tarixində “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi ilə məsafədən bank hesablarının açılması proseduru müəyyən edilmişdir. Bank sisteminin rəqəmsal trasnformasiyasında mühüm rol oynayacaq bu prosedurun Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilməsi rezident və ya qeyri-rezident hüquqi və fiziki şəxslərə banka yaxınlaşmadan məsafədən bank hesablarının açılması imkanı verir.

Bu prosedurun müəyyən edilməsində əsas prioritet rəqəmsal transformasiyanın sürətləndirilməsi ilə yanaşı, ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi nəticəsində maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, bank sistemi üzrə qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi, banklarla fintexlər arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi olmuşdur.

Müəllif:Aynur Qəniyeva