31 Oktyabr

Banklarda eyniləşdirmə proseduru üçün hansı sənədlər TƏLƏB OLUNMAYACAQ

Yeni qaydalar müştərinin eyniləşdirmə prosedurlarında hansı dəyişiklikləri nəzərdə tutur?

Fins.az-ın Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına istinadən verdiyi məlumata görə, yeni təsdiq edilmiş qaydalara əsasən bankda fiziki iştirakı ilə eyniləşdirilməsi aparılmış və bank hesabı mövcud olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər üçün məsafədən yeni bank hesabının açılması zamanı onlardan eyniləşdirilmə və verifikasiya, habelə şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi tələb olunmur.Məsafədən bank hesabı açan şəxs yalnız eyniləşdirmə və verifikasiya barədə qaydalarla müəyyən edilmiş məlumatları təqdim edir. Bu isə bank hesablarının məsafədən açılmasını daha da asanlaşdırır

Müəllif:Aynur Qəniyeva