31 Oktyabr

Bu bankların aktivləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 12-nin bu il iyulun 1-nə aktivləri illik müqayisədə azalıb. Fins.az xəbər verir ki, sözügedən banklar "Access Bank", "Bank of Baku", "AGBank", "Nikoyl Bank", Pakistan Milli Bankının Bakı filialı, "Atabank", "Azərbaycan Sənaye Bankı", İran Milli Bankının Bakı filialı, "Rabitəbank", "Zıraat Bank Azərbaycan", "AFB Bank" və "Express Bank"dır. Ən az azalma "Access Bank"da 2%, ən çox azalma isə "Express Bank"da -20,8% qeyd alınıb.

Qalan 18 bankın aktivləri isə son 1 ildə artıb. Ən yüksək dinamika "Bank Respublika"da (41,6%), ən aşağı dinamika isə "Yapı Kredi Bank Azərbaycan"da (0,5%) qeydə alınıb.