31 Oktyabr

Goldman Sachs Group FED-in faiz siyasəti ilə bağlı proqnozunu AÇIQLADI

Goldman Sachs Group Inc–nın iqtisadçıları FED rəsmilərinin – istiqraz bazarının sakitliyini təmin etmək məqsədi ilə növbəti iki iclasda faiz nisbətlərinin azaldılması gözlənilir. Fins.az-ın "Bloomberg"-ə istinadən verdiyi məlumata görə, Goldman iqtisadçılarının fikrincə iyul ayında 25 bənd faiz aşağı endirən maliyyə siyasətinin əsas yönləndiriciləri sentyabr və oktyabr ayında eyni miqdarda faiz endiriminə gediləcəyini proqnozlaşdırır. Jan Hatzius və Sven Jari Stehn-in qələmə aldığı çərşənbə günü yayımlanan hesabatda risklərin daha çox sayda, daha böyük miqdarda faiz endirimi yönünüdə olduğnunu bildirib. Pul bazarında investorlar FED –in sentyabrda 25 baza balı endirimə gedəcəyini gözləyir. Treyderlərin fikrincə FED-in Sentyabrın sonu oktyabr ayında da faiz endirməsi ehtimalı 92% səviyyəsində qiymətləndirilir.

Müəllif:Aynur Qəniyeva