Qazaxıstan Milli Bankı Azərbaycan Beynəlxalq Bankının qiymətli kağızlarına qoyulan ilkin investisiyaları tam həcmdə geri qaytarıb. Fins.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı xəbər verir.
"Bu istiqrazların bütün həcmi 2019-cu ilin birinci yarısında satılıb. Qazaxıstan ABB və Azərbaycan hökumətinin qiymətli kağızlarına sahib olduğu dövr ərzində (ABB-nin öhdəlikləri restrukturizasiya olunduqdan sonra - İF) təxminən $40,8 mln. məbləğində gəlir əldə edib, alınmış bütün haqlar nəzərə alınmaqla xalis daxili gəlirlilik dərəcəsi 4,1%-ə çatıb", - deyə məlumatda bildirilir.
ABB 2017-ci il sentyabrın 1-də $3,34 mlrd. məbləğində öhdəliklərin restrukturizasiyasının başa çatdığını bildirib. Restrukturizasiya çərçivəsində bu öhdəliklər silinib, kreditorlar bank və dövlət tərəfindən buraxılan yeni qiymətli kağızlar əldə ediblər. Xüsusilə Maliyyə Nazirliyi təxminən $2,3 mlrd.-lıq avrobondlar buraxıb.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,27% pay dövlətə məxsusdur