Azərbaycan Banklar Assosasiyasının İcra aparatı nümayəndələri Almaniya Əmanət Bankları Assosasiyasının (AƏBA) Assosasiyaları İdarəetmə üzrə eksperti Tobias Grapetin başçılığı ilə nümayəndələri arasında görüş keçirilib. Fins.az-ın məlumatına görə, görüşdə Tobias Grapet AƏBA-nın təşkilatı strukturu və fəaliyyətinin əsas istiqamətlərini əks etdirən təqdimat keçirmiş, ABA nümayəndələrinin suallarını cavablandırmışdır.
Bundan əlavə, görüş zamanı, Bank Assosasiyalarının ölkənin maliyyə bazarındakı rolu, iş prinsipi və effektivi geniş müzakirə edilmiş, bu istiqamətdə fikir mübadiləsi aparılmışdır.