"Expressbank"ın Biznesin İnkişafı Departamentinə və İnformasiya Texnologiyaları Departamentinə yeni rəhbərlər təyin edilib.Bankdan fins.az-a verilən məlumata görə, İnformasiya Texnologiyaları Departamentinin rəhbəri vəzifəsinə Şahin Kərimov, Biznesin İnkişafı Departamentinin rəhbəri vəzifəsinə Mehriban Ocaqquliyeva təyin edilib.
Mehriban Ocaqquliyeva daha əvvəl "Expressbank"da 9 il çalışmış və Biznesin İnkişafı Departamentinin rəhbəri olmuşdu. Onun ümumilikdə bank sahəsində 15 illik təcrübəsi var. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsindən məzunudur. Daha əvvəl Expressbank-da Müştəri Xidmətləri Departamentinin direktoru, Risklərin İdarə Edilməsi Departamentinin direktor müavini, Nərimanov filialının müdiri, Biznesin İnkişafı Departamentinin direktoru vəzifələrində çalışıb.
Mehriban Ocaqquliyeva bankdakı yeni vəzifəsinin icrasına 2019-cu ilin avqustundan başlayıb.