“Günay Bank” son günlərdə mətbuatda barəsində gedən əsassız informasiyalarla bağlı rəsmi olaraq bildirir ki, bir sıra media nümayəndələrinin “təhqiqat” xarakterli yazıları ortaya çıxmadan, bu xəbərlərin nə dərəcədə həqiqət olduğunu və onlarla bağlı necə ölçü götürüləcəyini Azərbaycan Respublikasının hüquq mühafizə orqanları daha yaxşı bilir.
“Günay Bank” hər zaman olduğu kimi əzmlə öz əməkdaşlarının səyi və mükəmməl iş birliyi nəticəsində uğurlarını davam etdirir və öz müştərilərinin ona etibarı, həmçinin etimadı zəminində yeniliklərinə imza atır.
Böyük, eyni zamanda illərlə ailələşməyi bacaran bir kollektivi olan Bankın hər bir üzvü, barəmizdə bir-birinə istinadən yayılan xəbərlərdən bank rəhbərliyinə öz narazıçılığını bildirmiş, daim şəffaqlıla çalışdıqları iş yerlərinin mətbuatda bu cür qələmə verilməsini qeyri-vətəndaş mövqeyi kimi qiymətləndirmişlər.
Bütün KİV-lərə, onların izləyicilərinə, həmçinin məqsədli olaraq heç bir hüquqi əsası olmayan və nəhayət barəsində məlumat verdiyi qurumun aidiyyəti idarəsindən rəsmi cavab almadan xəbərləri tirajlamaqla çaşqınlıq yaratmaq istəyənlərə bir daha bildiririk ki, Azərbaycan Respublikası rəhbərliyinin ölkədə qurduğu qanunvericiliyə olan nəzarətə əsasən, heç bir kəs vəzifəsindən yaxud ətraf dairəsindən, eyni zamanda qeyri-qanuni fəaliyyət göstərən hər hansı bir qurum güc və mövqeyindən asılı olmayaraq cəzasız qala bilməz.
Dövrün məlum iqtisadi və digər zərbələrindən çıxan “Günay Bank” gündəmdə yalnız uğurları və yenilikləri ilə fərqlənə bilər”.