31 Oktyabr

Bank çek kitabçalarının satışı üzrə alıcılara elektron qaimə-faktura verilməlidir ?

Bank tərəfindən çek kitabçalarının satışı üzrə alıcılara elektron qaimə-faktura verilməlidirmi?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi zamanı elektron qaimə-faktura təqdim edilmir. Göründüyü kimi, banklar tərəfindən elektron qaimə-fakturanın təqdim olunmaması yalnız müştərilərin hesabları üzrə göstərilən xidmətlərə aid edilib.

Qeyd olunanlara əsasən, çek kitabçalarının satışı zamanı alıcıya banklar tərəfindən elektron qaimə-faktura təqdim edilməlidir.