31 Oktyabr

Depozit hərracında 150 mln. manat vəsait cəlb ediləcək

Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək. AMB-dən fins.az -a verilən məlumata görə, avqustun 19-da keçiriləcək hibrid depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlb ediləcəyi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gün təşkil edir.