31 Oktyabr

“Günay-Lizinq”in rəhbəri dəyişib

“Günay-Lizinq” MMC-yə yeni direktor təyin edilib.Bu vəzifə Rəşad Hüseynzadəyə həvalə olunub. O, indiyə qədər şirkətdə mütəxəssis kimi çalışıb və yeni vəzifəsində Fərid Beybutovu əvəz edəcək.

Keçmiş direktor isə bundan sonra yalnız 2017-ci ildə təsis etdiyi “Günay Finans” MMC-yə rəhbərlik edəcək.

“Günay-Lizinq” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır. Şirkətin təsisçisi 100% “Günay Bank” ASC-dir.