31 Oktyabr

Dolların rəsmi məzənnəsi ilə kommersiya banklarının alış və satış məzənnəsi arasında nə qədər fərq var? -RƏSMİ AÇIQLAMA

Dövr ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2019-cu ilin 1-ci yarısı üzrə Pul Siyasəti İcmalında məlumat verilir .Məlumatda qeyd olunur ki, banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri dəyişkənlik nümayiş etdirsə də rəsmi məzənnəyə yaxın olmuşdur. 6 ay ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1.6976, satış məzənnəsi isə 1.7020 manat təşkil etmişdir. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.1% (0.0024 manat), satış məzənnəsi ilə isə 0.1% (0.002 manat) olmuşdur.

Dövr ərzində manat türk lirəsinə qarşı 9.2%, avroya qarşı 0.8%, gürcü larisinə qarşı 7.3% bahalaşmışdır. Eyni zamanda milli valyuta Ukrayna qrivnasına qarşı 5.1%, Rusiya rubluna qarşı 8.9%, yapon yeninə qarşı 2.7% ucuzlaşıb.

Müəllif:Aynur Qəniyeva