31 Oktyabr

Azərbaycan banklarının nə qədər nəğd valyuta alıb-satdığı açıqlanıb -MƏBLƏĞ

Fins.az xəbər verir ki, Mərkəzi Bankın 2019-cu ilin 1-ci yarısı üzrə Pul Siyasəti İcmalı yayımlanıb.Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə 2.7 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 2.1 mlrd. dollarını və ya 77.8%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci yarısında banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 3.2 mlrd. ABŞ dolları ekvivalentində olmuşdu. Bunun 2.5 mlrd. dollarını və ya 78%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdi.