Azərbaycan Respublikasının Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin mühüm tələblərindən biri də bankların rəqəmsal tranformasiyasının sürətlənməsi üzrə tənzimlənmə müxanizminin təkminləşdirilməsidir. Fins.az xəbər verir ki, bu barədə “ARB 24”-ə açıqlama verən Maliyyə Bazralarına Nəzarət Palatasının Ödəniş Sistemlərinə Nəzarətsektorunun rəhbəri Tamerlan Rüstəmov bildirib ki, “Banklarda hesabların açılması bağlanması qaydaları”nın təstiq olunması ilə artıq “Məsafədən bank hesablarının açılması qaydaları” təstiq edilib. Bu prosedurun müəyyən olunması həm fiziki şəxslərə həm hüquqi şəxslərə məsafədən bank hesablarının açılması imkanı verir. Bu prosedur eyni zamanda hüquuqi şəxslərə rezident həm də qeyr- rezident şəxslərə şamil olunur. Ümumilikdə bu prosedurun müəyyən edilməsində bir sıra prioritet hədəflər var bunlardan biri də inkruzivlikdir. Qeyd etdiyimiz strateji yol xəritəsimühüm prioritet hədəflərindən biri də ölkədə maliyyə inkruzivliyinin gücləndirilməsidir.Məhz maliyyə inkruzivliyinin gücləndirilməsi çərçivəsində maliyyə xidmətlərinə çıxış imkanı olmayan və yaxud da aşağı olan əhalinin bank hesabları ilə təmin olunması mühüm bir hədəfdir. “Məsafədən bank hesablarının açılması” proseduru artıq ölkəmizin hər bir regionunda habelə ucqar regionda belə əhalinin məsafədən bank hesabları açılması prosedurundan istifadə edərək müxtəlif bank hesablarına sahib olmaq imkanı verir . Belə ki müəyyən olunmuş prosedur həm mobil telefonlar üzərindən həm kompyüter üzərindən bank hesablarının açılmasını üçün əlverişli şərait yaradır”
Müəllif:Aynur Qəniyeva