Azərbaycanda mobil tətbiqlər vasitəsilə ödənişlərin həyata keçirilməsinin geniş yayılmasına qarşı manelər barədə fins.az-a açıqlama verən ekpert Elmir Əliyev bildirib ki, "Mən inzibati maneələrdən danışardım daha çox. Bu həm tənzimləyici dövlət orqanaları tərəfindən edilir - məsələn xarici ödənişlər zamanı 18% lik verginin tətbiqi kimi, həm də banklar bəzən öz maraqları üçün bunu edir - məsələn bank imkan vermir ki, siz komunal ödənişləri digər prossesinq mərkəzinin ödəmə portalında edəsiniz. Və ya siz hər hansı digər bank tətbiqində fərqli bir bankın kartını əlavə etməklə balansınıza baxa biləsiniz. Bu cür istiqamətlər çoxdur əslində qeyd olunabiləcək"
Müəllif:Aynur Qəniyeva