31 Oktyabr

Azərbaycanda bankların qeydiyyata aldığı səhm buraxılışının məbləği açıqlanıb -MƏBLƏĞ

Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin I yarısında 8 mlrd. 848,5 mln. manat məbləğində qiymətli kağızların dövlət qeydiyyatını həyata keçirib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7,8% çoxdur. Fins.az xəbər verir ki, bu barədə Palatanın məlumatında bildirilir.

Yanvar-iyun aylarında Palata 82,8 % artımla 64 emitent tərəfindən 1 mlrd. 262,6 mln. manat məbləğində səhmlərin buraxılışını qeydiyyata alıb.

Banklar 7,8 fazi çox yəni 384,8 mln. manat məbləğində , sığorta şirkətləri 15,9% arataraq 58,9 mln. manat məbləğində, digər təşkilatlar isə 818,8 mln. manat məbləğində 54 səhm emissiyası həyata keçirib.

Yanvar-iyun aylarında 7,466 mlrd. manat məbləğində dövlət qiymətli kağızlarının qeydiyyatı da aparılıb

Müəllif:Aynur Qəniyeva