Mərkəzi Bankın 2019-cu ilin II rübü üçün açıqladığı göstəricilər barədə ətraflı arayış verən Azərbaycan Banklar Assosiasiyasının baş iqtisadçısı Əzizağa Haxverdiyev ilin ikinci yarısı ilə bağlı gözləntilər barədə də açılama verib. Fins.az xəbər verir ki, "ARB24 "kanalında bankların icmal göstəriciləri ilə bağlı geniş məlumat verərək o bildirib ki,” İlin ikinci yarısında banklar tərəfindən hər hansı bir durğunluq gözlənilmir. Daha çox kreditləşmə istiqamətinin daha da genişlənəcəyi, daha çox biznes subyektlərinə yönələcəyi istiqaməində işlər aparılır biz bunun tərəfdarıyıq. Bizim gözləntilərimiz nağdsız iqtisadiyyatın arırılması istiqamətindədir.Biz artıq bununla bağlı IVBeynalxalq Bankçılıq Forumu da nağdsız iqtisadiyyatın təbliğinə yönəlmiş olacaq. Bundan əlavə təşkilatdaxili fəaliyyət də nağdsız iqtisadiyyatın təbliği ilə bağlıdır. Problemli kreditlərdəki azalmanın da bu templə davam edəcəyini gözləyirik.Dedollarizasiya məsləsində də bu istiqamətdə müsbət trendin müşahidə ediləcəyi gözlənilir.
Müəllif: Aynur Qəniyeva