Fins.az-ın məlumatına görə, Azərbaycan Banklar Assosiasiyasının baş iqtisadçısı Əzizağa Haqverdiyev "ARB24"-ə problemli kreditlərin azalmasının səbəbini açıqlayaraq bildirib ki,"2019-cu ilin II rübü ilə bağlı hesabatda problemli kreditlərin ümumi kredit portfelində payı 11%-dir Ötən ilin birinci yarısına olan göstəricilərdə problemli kreditlərin ümumi kredit portfelində payının 14,4% olub. Bu sürətlə davam etsə tezliklə biz bu indiqator üzrə təkrəqəmli göstəriciyə nail ola biləcəyik. Prezident İlham Əliyevin əhalinin problemli kreditlərinin restruksizasiyası ilə bağlı imzaladığı fərmanın icasının eyni zamanda requlyatorun tətbiq etdiyi qaydaların problemli kreditlərin həcminin azalmasına əhəmiyyətli təsir edib.290milyon manata yaxın məbləğdə problemli kredit ayrılmış vəsait hesabına öz həllini tapıb. 1milyona yaxın vəsait isə əhaliyə verildi. 126 min nəfərin 107 milyon manata yaxın dəbbə və fazi borclarını banklar sildi.10 minə yaxın şəxsin xarici valyutada olan manatla restruktizasiya olundu. Bu da bankların kredit portfeli daxilindəki dollar –manat nisbətini manatın leyhinə dəyişməsinə gətirib çıxardı"
Müəllif: Aynur Qəniyeva